TÖVSİYƏ XƏBƏRLƏR

Tarantino son filmi üçün hazırlaşır

Quentin Tarantinonun son bədii filmini işləməyə hazırlaşdığı bildirilir. Bu barədə İnsanoid “The Hollywood Reporter” nəşrinə istinadən bu gün, 15 mart tarixində xəbər verir.

Rejissor bundan əvvəl də, 10-cu filmindən sonra 60 yaşı tamam olanda təqaüdə çıxacağı barədə bildirmişdi. Bu il onun 60 yaşı tamam olacaq.

Rejissor “The Movie Critic” adlı filminin çəkilişlərinə bu payız başlamağa hazırlaşır.

Layihənin təfərrüatları ən ciddi məxfilik şəraitində saxlanılır. Filmdə hadisələr 1970-ci illərin sonunda Los-Ancelesdə baş verir.

Film 1968-ci ildən 1991-ci ilə qədər jurnalist və məşhur film tənqidçilərindən olan mərhum Polin Keylə həsr oluna bilər.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx