Tərtər sakini minaya düşüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 6 noyabr tarixində xəbər verir.
Noyabrın 5-i saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verib.
Rayonun Seyidimli kəndinin 63 yaşlı sakini Asif Hüseynov ayağından xəsarət alıb.
Araşdırma aparılır.
Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq.