Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 19 sentyabr tarixində Report məlumat verib.
Hadisə rayonun İrəvanlı kəndi ərazisində olub. Belə ki, “Ford Transit” markalı yük avtomobili ilə “VAZ-2106” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Tural Əhmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qəza zamanı xəsarət alan digər şəxs Bərdə Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.