Tərtərdə sursat partlayıb. Bu barədə 27 may tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Tərtər rayonunun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan 1986-cı il təvəllüdlü Neftçala rayon sakini Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.