Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə traktorçu minaya düşüb. Bu barədə 26 oktyabr tarixində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu, 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb.
Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib.
“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”, – məlumatda qeyd olunub.