Tərtər rayonunun Ələsgərli kəndində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. Bu haqda sentyabrın 28-də Azərtac xəbər yayıb.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidində şəhidlərin ruhuna dualar oxunub.
Qeyd olunub ki, Ələsgərli kəndi Birinci Qarabağ müharibəsində altı, Vətən müharibəsində isə iki nəfər şəhid verib.
Sonda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.