TÖVSİYƏ XƏBƏRLƏR

Təyyarənin qəza çıxışı havada açılıb

Asiana Airlines-a məxsus təyyarənin qəza çıxışı təyyarə Cənubi Koreyaya eniş etməzdən əvvəl açılıb. Bu barədə İnsanoid bu gün, 26 may tarixində xəbər verib.

Asiana Airlines-a məxsus təyyarə Cənubi Koreyaya enərkən təcili qapını açan şəxs həbs edilib.

Cümə günü Daequ Beynəlxalq Hava Limanına həyata keçirilən uçuşda 194 sərnişinin hamısı sağ qalıb. Sərnişinlərdən bəziləri huşunu itirib, bəziləri isə nəfəs alma problemi səbəbilə xəstəxanaya aparılıblar.

Hadisəyə səbəb olan 30 yaşlarında bir şəxs həbs edilib.

Airbus A321-200 təyyarəsi ilə olan OZ8124 reysi cümə günü yerli vaxtla saat 11:45-də (GMT 03:45) Jeju adasından havaya qalxıb. Təxminən bir saat sonra hava limanına eniş zamanı, təyyarə hələ yerdən 250 metr aralıda olarkən sərnişinlərdən biri qəza çıxışının qapısını açıb.

Hadisənin görüntüləri sosial mediada paylaşılıb.

Şahidlər bildiriblər ki, təyyarə enmək üzrə olduğu üçün stüardessalar onu dayandıra bilməyiblər.

Onlar bildiriblər ki, həmin şəxs qapını açdıqdan sonra təyyarədən tullanmaq istəyib.

Polis şübhəlinin indiyədək hərəkətləri ilə bağlı heç bir izahat vermədiyini və həbs edilən zaman sərxoş olmadığını bildirib.

Foto BBC-nin rəsmi saytı
Foto BBC-nin rəsmi saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx