“Tazəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar sökülüb. Bu haqda avqustun 9-da Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
“Qanunun pozulması yolverilməzdir. Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmırdı, ancaq qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi”, – deyə qeyd olunub.
Qurum nümayiş edilən anlayışa görə abidənin xüsusi mülkiyyətçisinə təşəkkür edib və bu halın digər abidə mülkiyyətçilərinə də nümunə olacağına əminliyini bildirib.