TÖVSİYƏ XƏBƏRLƏR

Telegramda insanları şantaj edən şəxslər saxlanılıb

Telegramda müxtəlif kanallarda insanların şəxsi həyatlarına dair video və foto paylaşaraq onları şantaj edən şəxslər saxlanılıb. Bu haqda dekabrın 9-da DİN məlumat verib.

Həmin kanalların adminləri Bakı sakinləri Pərviz Qurbanov, Faiq Səfərəliyev və yetkinlik yaşına çatmamış daha bir nəfər saxlanılıb. Onlar ifadələrində paylaşdıqları şəkillərlə insanları şantaj etdiklərini və pul müqabilində həmin məlumatları sildiklərini etiraf ediblər.

Bu şəxslər barəsində cinayət işi başlanılıb. Faiq Səfərəliyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Digər iki nəfər barəsində isə araşdırmalar davam etdirilir.