TÖVSİYƏ XƏBƏRLƏR

Teleqramda qadınları şantaj edən şəxsin ibtidai istintaqı yekunlaşıb

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Faiq Səfərəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu barədə iyunun 2-də Report məlumat yayıb.

Zərərçəkmiş qismində 3 qadın tanınır.

Faiq Səfərəliyev ötən ilin dekabr ayında saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, teleqram sosial şəbəkəsində müxtəlif şəxslərin görüntülərini yayaraq pul tələb edib. O, bu əməlini etiraf edib.

Onun barəsində Cinayət Məcəlləsinin “hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” maddəsilə ittiham irəli sürülüb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx