“Texnofest-2021″ festivalında 11 startapımız nümayiş etdirilib

“Texnofest” festivalında 11 startapımız nümayiş etdirilib. Bu barədə sentyabrın 22-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirib.

Tədbirdə 8-ci sinif şagirdinin “Zəfər yolu” kosmik stansiya modeli ilə yanaşı “Zərbə” layihəsi nümayiş etdirilib. Bu layihə hərbi təlimlər həyata keçirmək, uçuşlar ediləcək ərazinin əvvəlcədən öyrənilməsi üçün imkanlar yaradır.

Digər icad isə “Agro Dron”dur. O, 40 dəqiqə ərzində verilmiş təyinatlar və koordinatlar üzrə ərazinin şəklini çəkə və dərmanlaya bilir. “HealWith” süni intellektin köməyi ilə isə bitki xəstəliklərini sadəcə şəkillərini çəkməklə müəyyən edən və müvafiq müalicə metodlarını göstərən mobil tətbiqdir.

“İqlime” layihəsi çərçivəsində təqdim olunan “İqlime” 1.0 cihazı havanın temperatur və rütubətini ölçür.

“Safee Bike” ilə velosipedçi müvafiq xəbərdarlıq işarələrini öz bel nahiyəsinə əks etdirə bilir.

“SmogFree” siqaret qutusunun məqsədi əvvəlcə istifadəçinin vərdişlərini araşdırmaq, sonra isə siqaret fasilələri arasındakı vaxtı tədricən artırmaq və nəticədə vərdişi tamamilə tərqitdirməkdir.

“Texnofest-2021″in açılış mərasimi sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində baş tutub. Bu, dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır. Qeyd edək ki, “Texnofest-2022” festivalı Azərbaycanda təşkil olunacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on ““Texnofest-2021″ festivalında 11 startapımız nümayiş etdirilib”

Tövsiyə xəbərlər