"TikTok"da 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlədən qadın saxlanılıb

“TikTok”da 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlədən qadın saxlanılıb – VİDEO

“TikTok” sosial şəbəkəsində 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlədən qadın saxlanılıb. Bu barədə 20 yanvar tarixində Gencexeber.az məlumat verib.

Bildirilib ki, “TikTok” sosial şəbəkəsində bir nəfər xanım vətəndaş – canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlədən Gəncə şəhər sakini Gülnarə İsgəndərova Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub.

Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və qeyd edilib ki, 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günüdür və həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz üçün canlarını qurban verənlərdir.

G.İsgəndərovanın ifadəsində etdiyi əməldən peşman olduğu və bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr istədiyi bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx