Ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxs 15 sutka həbs olunub. Bu barədə 12 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
“TikTok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan 25 yaşlı Pərviz İbrahimli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə Pərviz İbrahimli barəsində 15 sutka inzibati tənbeh tədbiri tətbiq edilib.