TÖVSİYƏ XƏBƏRLƏR

“TikTok”da falçı adı ilə dələduzluq edən şəxs saxlanılıb

“TikTok”da “falçılıq”, “baxıcılıq” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb. Bu barədə 5 sentyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

“TikTok” sosial şəbəkəsində vətəndaşların “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişidirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılması barədə polisə çoxsaylı müraciətlər daxil olub. Şübhəli bilinən şəxs – 1985-ci il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.

Həmin şəxsin vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirdiyi müəyyən edilib. F.Məmmədov pulunu ələ keçirdiyi şəxslərin hesablarını sonradan bloklayıb.

Cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

“Fuad Məmmədovun qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər”, – məlumatda bildirilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx