TÖVSİYƏ XƏBƏRLƏR

TİR-in təkəri çıxaraq piyadanı öldürüb

Ötən gün Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən hadisə baş verib. Bu barədə 11 noyabr tarixində İnsanoid xəbər verir.

Hadisə Ləki qəsəbəsinin girişində qeydə alınıb.

Belə ki, yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dəyanan Bərdə rayon sakini, 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib.

Nəticədə həmin şəxs hadisə yerində dünyasını dəyişib.