Türkiyənin milli istehsalı olan elektromobil “Togg”un rəsmi satış qiyməti məlum olub. Bu barədə İnsanoid Anadolu xəbər agentliyinə istinadən bu gün, 14 mart tarixində xəbər verir.
Modelin başlanğıc qiyməti 85,377 manatdır. Avtomobilin Türkiyədən kənarda da satışı planlaşdırılır.
Avtomobilin xüsusiyyətlərinə gəlincə, iki modifikasiyada – 200 və 400 at gücü olan elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 km/saat sürətini 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 km-ə yaxındır. “Togg” avtomobilləri elektriklə çalışır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da xüsusi diqqət yetirilib.
