Azərbaycan para-üzgüçüsü Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarında 3 sentyabr tarixində növbəti qızıl medalını qazanıb.
İdmançı 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında birinci olub.
Avqustun 27-də Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında ilk kəs paralimpiya çempionu olub. Avqustun 31-də isə üzgüçü 100 metr məsafəyə sərbəst üsulla üzmədə ikinci qızıl medalı qazanıb.
Hal-hazırda Azərbaycan 12 qızıl, 1 gümüş və 4 bürünc medalla ümumi sıralamada 10-cu pillədə qərarlaşıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.