Azərbaycan para-atletləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında 3 sentyabr tarixində iki qızıl medal qazanıblar.
Para-atlet Lamiyə Vəliyeva 400 metrlik final yarışında doqquz illik Paralimpiya rekordunu qıraraq Azərbaycana 13-cü qızıl medalı qazandırıb.
İdmançı finiş xəttinə 55 saniyəyə çatıb. Son rekordu 3 sentyabr 2012-ci ildə kubalı Ömər Durand Elyas qırmışdır.
Para-atlet Orxan Aslanov uzunluğa tullanma yarışında 7.36 metrlik nəticə göstərərək Azərbaycan üçün 14-cü qızıl medalı qazanıb.
Hazırda Azərbaycanın Yay Paralimpiya Oyunlarında 19 medalı mövcuddur.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.