Tokio-2020: Azərbaycan paracüdoçuları birinci yeri tutub

Azərbaycan paracüdoçuları Tokio-2020 Yay Paralimpiya Oyunlarında 6 qızıl və 2 bürünc medal qazanaraq avqustun 29-da birinci yeri tutublar.

Qızıl medalı Hüseyn Rəhimli, Dürsədəf Kərimova, Vüqar Şirinli, Xanım Hüseynova, Sevda Vəliyeva və Şahanə Hacıyeva qazanıb, bürünc medalı isə Namiq Abbaslı və İlham Zəkiyev əldə edib.

Ramil Qasımov Paralimpiya Oyunlarının başlamasından əvvəl koronavirus diaqnozu qoyulduğundan olimpiadadan kənarlaşdırılıb.

Tokio-2020-də paracüdo idman növü üzrə ikinci yerdə Özbəkistan, üçüncü yerdə isə İran qərarlaşıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Tokio-2020: Azərbaycan paracüdoçuları birinci yeri tutub”

Tövsiyə xəbərlər