Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışlarını başa vurub. İştirak edən 34 idmançıdan 16-sı medal qazana bilib.
Aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan millisi medal sıralamasında 9-cu pillədə qərarlaşıb.
Paralimpiya Oyunları sentyabrın 5-də yekunlaşacaq.
Qızıl medal qazanan idmançılar:
- Raman Saleh (üzgüçülük: batterflay üsulu)
- Raman Saleh (üzgüçülük: arxası üstə üzmə)
- Raman Saleh (üzgüçülük: sərbəst üsul)
- Vəli İsrafilov (üzgüçülük: brass)
- Xanım Hüseynova (cüdo)
- Hüseyn Rəhimli (cüdo)
- Sevda Vəliyeva (cüdo)
- Şəhanə Hacıyeva (cüdo)
- Vüqar Şirinli (cüdo)
- Dürsədəf Kərimova (cüdo)
- Həmid Heydəri (atletika)
- Lamiyə Vəliyeva (atletika)
- Orxan Aslanov (atletika)
- Elvin Aslanov (atletika)
Gümüş medal qazanan idmançılar:
- Lamiyə Vəliyeva (atletika)
Bürünc medal qazanan idmançılar:
- Namiq Abaslı (cüdo)
- İlham Zəkiyev (cüdo)
- Səid Nəcəfzadə (atletika)
- Pərvin Məmmədov (pauerliftinq)
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.