Tokio-2020: Azərbaycan paralimpiyaçıları yeddinci qızıl medalı qazanıb

Avqustun 28-də Azərbaycan para-atleti Həmid Heydəri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

İdmançı nizə atma növü üzrə yarışda 1-ci yeri tutub, 51.42 metr nəticə göstərərək dünya rekordunu da yeniləyib.

Azərbaycan yığmasının aktivində 7 qızıl, 2 bürünc medal var və medal cədvəlində ölkəmiz 7-ci pillədə qərarlaşıb.

***

14:52

Avqustun 28-də Azərbaycan paralimpiyaçıları daha 3 qızıl medal qazanaraq ümumi medal sayını 8-ə çatdırıb.

Paracüdoçu Hüseyn Rəhimli 81 kiloqram çəki dərəcəsində çıxış edərək özbəkistanlı Davurxon Karomatova qalib gəlib.

63 kiloqram çəki dərəcəsində çıxış edən paracüdoçu Xanım Hüseynova ukraynalı İrina Husiyevaya qalib gələrək Azərbaycan millisinə növbəti qızıl medal qazandırıb.

Digər paracüdoçumuz Sevda Vəliyeva (52 kiloqram) Özbəkistan təmsilçisi Parvina Samandarovaya qalib gələrək ölkəmizə qızıl medal qazandırıb.

Bununla da Azərbaycan idmançıları medal sayını 8-ə çatdırıb: 6 qızıl və 2 bürünc. Hazırda ölkəmiz medal cədvəlində 9-cu pillədə qərarlaşıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Tokio-2020: Azərbaycan paralimpiyaçıları yeddinci qızıl medalı qazanıb”

Tövsiyə xəbərlər