Tokio-2020: Azərbaycan paralimpiyaçıları üç qızıl medal qazanıb

Avqustun 27-də Azərbaycanın üç təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Paracüdoçu Şəhanə Hacıyeva finalda fransalı Sandrin Martinlə qarşılaşıb. 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qələbə qazanıb. Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli (60 kq) qazaxıstanlı rəqibi Anuar Sarıyevi məğlub edib.

Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq paralimpiya çempionu olub.

Hazırda Azərbaycan yığmasının aktivində 3 qızıl, 2 bürünc medal var və medal cədvəlində ölkəmiz 9-cu pillədə qərarlaşıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Tokio-2020: Azərbaycan paralimpiyaçıları üç qızıl medal qazanıb”

Tövsiyə xəbərlər