Tokio-2020: güləşçilərimiz Hacı Əliyev və Mariya Stadnik yarımfinala yüksəlib

Avqustun 6-da sərbəst güləşçilərimiz Hacı Əliyev və Mariya Stadnik yarımfinala vəsiqə qazanıb.

Hacı Əliyev ikiqat dünya mükafatçısı Dövlət Niyazbəyova (Qazaxıstan) 9:1 hesabı ilə qalib gələrək yarımfinala keçib. Mariya Stadnik isə 10:0 hesabı ilə dördqat Afrika mükafatçısı Sarra Hamdiyəni (Tunis) məğlub edib.

Yarımfinalda Hacının rəqibi üçqat dünya mükafatçısı Bacranq Punia (Hindistan), Mariyanın isə ikiqat dünya çempionu Yui Susaki (Yaponiya) olacaq.

Hazırda Azərbaycan idmançıları Tokio Olimpiadasında 3 bürünc medal qazanıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx