Avqustun 28-də Tokio-2020 Yay Paralimpiya Oyunlarında paracüdoçumuz Hüseyn Rəhimli finala vəsiqə qazanıb. 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda koreyalı Leeyə qalib gəlib.
57 kiloqram çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Sevda Vəliyeva türkiyəli Zeynep Çelik-ə qalib gələrək finala yüksəlib.
Digər idmançımız 63 kiloqram çəki dərəcəsində çıxış edən paracüdoçumuz Xanım Hüseynova yapon rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Xanım Hüseynova yarımfinalda çinli Yue Wang ilə qarşılaşacaq.
“Tokio-2020”-də ölkəmizi 36 idmançı təmsil edir. Onlardan 24-ü kişi, 12-si isə qadındır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.