Avqustun 6-da Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib.
65 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib. O, rəqibinə 12:5 hesabı ilə qalib gəlib.
Sabah, 7 avqust tarixində qızıl medal uğrunda Hacı Əliyev yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq.
Daha öncə, Hacı Əliyev ikiqat dünya mükafatçısı Dövlət Niyazbəyova (Qazaxıstan) 9:1 hesabı ilə qalib gəlib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.