Tokio-2020 yay Paralimpiya Oyunlarında idmançılarımız finala yüksəlib

Paracüdoçumuz Vüqar Şirinli avqustun 27-də “Tokio-2020” Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb. 60 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz rumıniyalı Aleks Boloqaya qalib gəlib. O, finalda qazaxıstanlı Anuar Sarıyevlə qarşılaşacaq.

48 kiloqram çəki dərəcəsində çıxış edən paracüdoçumuz Şəhanə Hacıyeva yarımfinalda Viktoriya Potapovaya (Rusiya) qalib gəlib və qızıl medal uğrunda finalda mübarizə aparacaq.

66 kiloqram çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Namiq Abaslı bürünc medal uğrunda Ukrayna təmsilçisi David Xorava ilə qarşılaşacaq.

“Tokio-2020”-də ölkəmizi 36 idmançı təmsil edəcək. Onlardan 24-ü kişi, 12-si isə qadındır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Tokio-2020 yay Paralimpiya Oyunlarında idmançılarımız finala yüksəlib”

Tövsiyə xəbərlər