Tokio Olimpiadasında medal alan idmançılar mükafatlandırılıblar

Tokio Olimpiya Oyunlarında yüksək nəticə əldə edən Azərbaycan idmançıları və onların məşqçiləri avqustun 12-də prezident tərəfindən təltif olunublar.

Medal və ordenlərdən əlavə, ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat, üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat məbləğində mükafat təyin olunub.

Azərbaycanı Tokio Olimpiadasında təmsil edən 44 idmançıdan 7-si medal qazanıb. İdmançılardan 3-ü gümüş, 4-ü bürünc medal əldə edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx