“Toppuş bacı” ilə vida mərasimi keçiriləcək

“Toppuş bacı” ilə vida mərasimi keçiriləcək

Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçiriləcək. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 23 yanvar tarixində məlumat verib.

Əməkdar artist Tünzalə Əliyevanın vida mərasimi və dəfn xərclərini Mədəniyyət Nazirliyi qarşılayacaq.

Aktrisanın ailə dostu Yusif Mustafayevin sözlərinə görə, vida mərasimi bu gün saat 11:00-da Heydər məscidində təşkil olunacaq:

“Vida mərasimi Heydər məscidində olacaq. Ondan sonra dəfn üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq. Onu da qeyd edim ki, bütün vida və dəfn xərcləri Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq. Mən bütün sənət dostlarımız adından bu təşəbbüs üçün Mədəniyyət Nazirliyi rəhbərliyinə təşəkkür edirəm”.

Əməkdar artist Tünzalə Əliyeva ötən gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx