Cari ilin ilk altı ayında “Tovuz Aqro”da 1 200 ton buğda, 994 ton arpa, 465 ton yonca, 362 ton ət istehsal edilib. Bu barədə 1 avqust tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Aqroparkda 75 nəfər daimi, 19 nəfər isə mövsümi işlə təmin edilib. Onun ərazisindəki 1 500 başlıq heyvandarlıq kompleksində 1 200 baş cins iribuynuzlu heyvan saxlanılır. Orada, həmçinin 3 min kubmetr həcmində taxıl anbarı, yem zavodu və tutumu 40 ton olan soyuducu kameralar mövcuddur.
Ümumi ərazisi 550 hektar olan aqroparka indiyədək 22,7 milyon manat investisiya yatırılıb.