Tovuz: sel suları kəndlərdə fəsadlar törədib

Sentyabrın 17-də Tovuzda yağan leysan nəticəsində rayonun Yanıqlı, Əsrik Cırdaxan və ucqar kəndlərinə sel suları gəlib. Bu barədə Apa məlumat verib.

Sel nəticəsində evlərə su dolub, kənd təsərrüfatına ziyan dəyib. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Kənd sakinlərinə məxsus iri və xırdabuynuzlu heyvanlar və ev quşları tələf olub.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 17-də Şəki, Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Ləzə, Qusar, Oğuz, Balakən, Zaqatala, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir və İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Tovuz: sel suları kəndlərdə fəsadlar törədib”

Tövsiyə xəbərlər