Tovuz və Ağstafa rayonları iki gün qazsız qalacaq

Azəriqazdan verilən məlumata görə, görüləcək təmir işləri ilə əlaqədar avqustun 25-də saat 15:00-dan sabahadək 2 gün müddətində “Tovuz”, “Ağstafa” və “Köçəsgər” qazpaylayıcı stansiyalarda qazın verilməsində müvəqqəti fasilə yaranacaq.

Təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsində, Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsində qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir.

Məlumatda bildirilir ki, görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Tovuz və Ağstafa rayonları iki gün qazsız qalacaq”

Tövsiyə xəbərlər