Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 23 yanvar tarixində APA məlumat verib.
Hadisə rayonun Bakı-Qazax magistral yolunun Qovlar şəhərindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Zülfüqar Məmmədovu vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.