Tovuzda avtoxuliqanlıq edən şəxs polisi maşınla vurub

Sentyabrın 16-də Tovuzda avtomobillə avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə avtoxuliqanlıq edib. Daha sonra onu intizama dəvət edən həmin ərazidə xidmət aparan baş serjantı vurub.

Polisə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəticədə E.Əliyev saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib və 1 ay müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Tovuzda avtoxuliqanlıq edən şəxs polisi maşınla vurub”

Tövsiyə xəbərlər