Tovuz rayonu ərazisində Kür çayından meyit tapılıb. Bu barədə 4 fevral tarixində APA məlumat verib.
Kürdən kişi meyitinin tapıldığı bildirilir.
Məlumata görə, meyiti tapılan şəxs ötən ilin dekabr ayında Tovuzda balıq tutmağa gedən zaman itkin düşən Eldəniz Məmmədovdur.