TÖVSİYƏ XƏBƏRLƏR

Tovuzda mal-qara oğurlanıb, şübhəli bilinən şəxs saxlanılıb

Tovuz Rayon Polis Şöbəsinə rayonun Azaflı kənd sakininə məxsus tövlədən ümumi dəyəri 7 628 manat olan 31 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə məlumat daxil olub. Bu barədə 30 oktyabr tarixində Report məlumat verib.

Oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.