Tovuzda narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. Bu barədə noyabrın 14-də Report xəbər yayıb.
Belə ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Rzayev sosial şəbəkələr üzərindən əcnəbi vətəndaşla pul və narkotik vasitə qarşılığında Tovuz rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıb.
Həmin şəxs saxlanılan zaman əyləşdiyi taksidən bir kiloqram 108 qram heroin və 385 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.