Tovuz rayonunun Hunanlar kəndi ərazisində əvvəllər məhkum olunmuş C.Əliyevin avtomobilindən 19 kiloqram narkotik vasitə aşkar edilib. Bu barədə DİN-dən sentyabrın 20-də məlumat verilib.
Belə ki, sentyabrın 17-də saat 14 radələrində C.Əliyevin idarə etdiyi “VAZ-2108” markalı avtomobilə saxla işarəsi verilib. Lakin sürücü hərəkəti davam edib və nəticədə maneəyə çırpılıb. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı 19,1 kiloqram marixuana aşkar edilərək götürülüb.
DİN-in hesabatına əsasən, təkcə 2021-ci il ərzində 3 tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Onlardan 1 ton 421 kiloqramı heroin, həşiş və tiryək kimi güclü təsiredici vasitələrdir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.