TÖVSİYƏ XƏBƏRLƏR

Tovuzda quş yemi istehsalı layihəsinə 250 min manat güzəştli kredit ayrılıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Qovlar Yem” MMC-yə Tovuzda quş yemi istehsalı layihəsini həyata keçirmək üçün 250 min manat güzəştli kredit ayırıb.

Bunu 7 noyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Layihənin reallaşdırılması bu sahədə yüksək olan idxaldan asılılığın azalmasına müsbət təsir edəcək”, – deyə o qeyd edib.