Türkiyənin “Trabzonspor” klubunun prezidenti Ahmet Ağaoğlu istefa verib. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 3 mart tarixində xəbər verir.
Qara dəniz təmsilçisinin rəsmi “Facebook” səhifəsindəki məlumata görə, 66 yaşlı funksioner bu barədə özü açıqlama verib.
Ahmet Ağaoğlu 2018-ci ildən bu vəzifədə çalışıb. Ötən gün mətbuatda onun postundan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.
