Türkiyədəki yanğınların söndürülməsi üçün 3-cü qrup yardım dəstələri göndərilir

Avqustun 5-də Azərbaycandan Türkiyəyə meşə yanğınlarının söndürülməsi üçün yanğın-xilasetmə qüvvələrindən ibarət 3-cü qrup yola düşəcək. Qonşu ölkəyə FHN-in 150 nəfər yanğınsöndürəni, 1 ədəd “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 40 ədəd yanğınsöndürmə texnikası göndəriləcək.

Təyyarənin bort-mühəndis təlimatçısı bildirib: “Hazırda Dalaman bölgəsi ərazisində yanğınların söndürülməsinə cəlb edilmişik. Yanğının istiqamətindən asılı olaraq, məkanın dəyişdirilməsi mümkündür. Türkiyədə yanğının söndürülməsində hər bir vəziyyətə hazırıq”.

İyulun 31-də Azərbaycandan Türkiyəyə FHN-in 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər və digər avadanlıqlar göndərilib. Avqustun 2-də isə 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx