TÖVSİYƏ XƏBƏRLƏR

Türkiyə MN Zəfər Gününü Azərbaycan Himni ilə təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib. Bu barədə 8 noyabr tarixində nazirliyin “X” hesabında paylaşım olunub.

“Azərbaycan türkü qardaşlarımızı təbrik edir, salamlayırıq”, – təbrikdə bildirilib.

Nazirliyin təbrik mətnində, həmçinin Azərbaycan Dövlət Himnindən bir hissəyə də yer verilib:

“Sən olasan Gülüstan, Sənə hər an can qurban,

Sənə min bir məhəbbət, sinəmdə tutumuş məkan.

Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan”.