TÖVSİYƏ XƏBƏRLƏR

Türkiyə: zəlzələdə dağılan binalara görə məsuliyyət daşıyan şübhəlilər barəsində əməliyyat başlanılıb

Türkiyədə zəlzələdə dağılan binalarla bağlı şübhəlilər araşdırılır. Bu barədə 23 mart tarixində İnsanoid Report.az-a istinadən xəbər verir.

Türkiyədə zəlzələ zamanı dağılan binalara görə məsuliyyət daşıyan 302 nəfər həbs edilib. Bundan başqa, 1.364 şübhəli barəsində əməliyyat başlanılıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayımındakı müsahibəsində bildirib. Onun sözlərinə görə, sübhəli şəxslərdən 64-nün öldüyü müəyyən olunub.

“Şübhəlilərdən 4-nün xaricdə olduğu, 64-nün isə dünyasını dəyişdiyi üzə çıxıb. Məhkəmə nəzarəti altında olan 466 şübhəlidən 85-i podratçı, 56-sı bina sahibi, 34-ü isə binada dəyişiklik edən şəxslərdir. Hüquqi proseslər davam edir. İttiham aktları da məhkəmələrə göndəriləcək. Millətimə bu ağrıları yaşadanlar, üzərlərinə düşən vəzifəni yerinə yetirməyənlər ədalət qarşısında cavab verəcəklər”.

Ərdoğan bildirib ki, artıq daimi yaşayış yerləri yaş deyil, sərt torpaqlarda tikiləcək.

“Təbii fəlakət zonalarında ümumilikdə 46.327 evin tikintisinə başlanılıb. Bir il ərzində 11 əyalətdə cəmi 650 min ev tikib təhvil verəcəyik”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx