TÖVSİYƏ XƏBƏRLƏR

Türkiyədə 117 tələbə qidadan zəhərlənib

Türkiyədə kütləvi zəhərlənmə halı baş verib. Bu barədə İnsanoid “Haber Global”a istinadən bu gün, 13 noyabr tarixində xəbər verir.

Hadisə İsparta Süleyman Dəmirəl Universitetinin Şərq Kampusunda yerləşən Kredit Yurdular Təşkilatına bağlı Bədiüzzaman Səid Nursi Qız Yataqxanasında baş verib.

Şam yeməyindən sonra 117 tələbə ürək bulanması, qarın ağrısı və ishal kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib.

Xəstəxanalara müraciət edən tələbələrin hamısı təcili yardım şöbələrində müalicə olunub və ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.