TÖVSİYƏ XƏBƏRLƏR

Türkiyədə evin damı uçub: zəlzələ zamanı xilas olmuş 7 nəfər ölüb

Türkiyənin Konya əyalətinin Karatay rayonunun Yeddilər Məhəlləsində fərdi yaşayış evinin damının uçması nəticəsində zəlzələdən zərər çəkmiş 7 xarici ölkə vətəndaşı ölüb. Bu barədə İnsanoidTRT Haber”ə istinadən bu gün, 17 fevral tarixində xəbər verir.

Evdə baş verən yanğın nəticəsində binanın damı çöküb. Hadisə nəticəsində biri qonaq olmaqla iki suriyalı ailənin üzvləri vəfat edib, ailənin iki üzvü isə yaralı halda hospitala aparılıb.

Onlar zəlzələ səbəbindən Qaziantepdən Konyaya gəliblərmiş.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər, təcili tibbi heyət cəlb olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx