TÖVSİYƏ XƏBƏRLƏR

Türkiyədə mədəndə çökmə baş verib, bir nəfər ölüb

Türkiyədə mədəndə çökmə baş verib. Bu barədə 13 sentyabr tarixində APA məlumat verib.

Hadisə Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonunda yerləşən mədəndə baş verib.

Dağıntılar altında qalmış dörd nəfərdən 3-ü xilas edilib. Xilas edilən işçilərdən ikisinin vəziyyəti ağırdır.

“Çökmə 4 işçinin çalışdığı yerdə olub. Onlardan 3-ü çıxarılıb. 1 nəfər dağıntılar altında qalıb. Çökmə zamanı mədəndə ümumilikdə 280 nəfər iş başında olub. 276 işçi hadisədən sonra mədəni tərk edib”, – məlumatda bildirilib.

Çökmənin hansı səbəbdən baş verdiyi araşdırılır. 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx