TÖVSİYƏ XƏBƏRLƏR

Türkiyədə Sərvərin avtomobilinin maketi hazırlanıb

Ferhat Karapınar Kahramanmaraşdakı zəlzələlərdən sonra qardaş ölkəyə yardıma tələsən azərbaycanlı Sərvər Bəşirlinin köhnə avtomobilinin maketini hazırlayıb. Bu barədə İnsanoid Türkiyə KİV-lərinə istinadən bu gün, 1 iyun tarixində xəbər verib.

Türkiyənin Karabük vilayətinin sakini, 42 yaşlı türkiyəli 5 il əvvəl diorama (üç ölçülü boyama, modelləşdirmə) texnikası ilə tullantı materiallarından istifadə edərək müxtəlif fiqurlar düzəltməyə başlayıb.

Safranbolu Meşə İdarəsi Müdirliyində çalışan Ferhat Karapınar, təbii fəlakətdən sonra məşhurlaşan həmyerlimizin xeyirxah əməlini əbədiləşdirmək qərarına gəlib.

Karapınar təxminən bir həftəlik zəhmət nəticəsində yaratdığı maketi müdirliyin iş otağında sərgiləyir. O, gələcəkdə yaratmağı planlaşdırdığı muzeydə həmin maketi və bu günə qədər hazırladığı 50-yə yaxın əsərini təqdim etmək istəyir.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx