Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində baş verən sel nəticəsində ölənlərin sayı 17-yə çatıb. Bu barədə İnsanoid Türkiyə milli müdafiə naziri, ordu generalı Hulusi Akar-a istinadən bu gün, 17 mart tarixində xəbər verir.
O bildirib ki, 3 nəfər itkin düşüb.
Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin selin fəsadlarının aradan qaldırılması istiqamətində mübarizəsi davam edir: “Pessimizmə ehtiyac yoxdur, yaralar sağalacaq”.
Qeyd edək ki, martın 14-də Adıyaman və Şanlıurfa şəhərlərində sel olub.