Türkiyənin Kilis və Qaziantep bölgələrində “Supercell” fırtınası baş verib. Bu barədə İnsanoid Türkiyə mediasına istinadən bu gün, 18 mart tarixində xəbər verir.
“Supercell” fırtınası nəticəsində Kilisdə qoz böyüklüyündə dolu yağmağa başlayıb.
Həmin ərazilərin səmasında ildırım və şimşək çaxması olduqca aktiv şəkildə müşahidə edilib.