TÖVSİYƏ XƏBƏRLƏR

Türkiyədə zəlzələ zamanı tibb bacısı tərəddüd etmədən xəstələrini xilas edib

Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı tibb bacısı öz həyatını düşünmədən xəstələrinə tərəf qaçıb. Bu barədə İnsanoid TRT Haber-ə istinadən bu gün, 13 fevral tarixində xəbər verir.

Zəlzələ zamanı təhlükəsizlik kamerası tərəfindən lentə alınan daha bir video yayılıb.

Yayılan görüntülər Qaziantepdə yerləşən İnayət Topçuoğlu Xəstəxanasında lentə alınıb.

Zəlzələ anında Şeyma Alakuş adlı tibb bacısı çölə çıxmaq əvəzinə, palatalar olan yerə doğru qaçıb. Onun öz canından əvvəl xəstələrinin təxliyəsini düşünməsi sosial şəbəkədə rəğbətlə qarşılanıb.

Həmin anın videosunu təqdim edirik:

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx