Türkiyə zəlzələsində məşhur aktyor Uğur Aslanın ailəsi dağıntılar altında qalıb. Bu barədə İnsanoid Haber Global-a istinadən bu gün, 7 fevral tarixində xəbər verir.
O, Hatayda ailə üzvlərinin yarısının dağıntılar altında olduğunu bildirib:
“Qardaşım, həyat yoldaşı, qardaşımın uşaqları, təəssüf ki, dağıntılar altındadırlar. Biz artıq onları itirdiyimizi sanırıq”.
Sənətçi hadisəyə sürətlə müdaxilə olunacağına ümid etdiyini vurğulayıb.